“Trabzonspor”un futbolçusu Murat Cem Akpınar karyerasını I Liqada davam etdirəcək.
Futbolpress.az xəbər verir ki, 25 yaşlı yarımmüdafiəçi 2024/25 mövsümünün sonuna kimi “Sakaryaspor”da çıxış edəcək. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Cem Akpınarın adı daha əvvəl “Neftçi” ilə hallanırdı.