“Neftçi” Camalovla bağlı məsələni araşdırır

“Sabah” klubu sabiq futbolçusu, hazırda “Neftçi”də çıxış edən Elvin Camalovla bağlı açıqlama yayıb.

“Bayquşlar” yarımmüdafiəçini komandada çıxış edən Cesse Sekidikanı “ağ-qaralar”a dəvət etməkdə ittiham edib. “Neftçi”dən “Futbolpress.az“a verilən məlumata görə, məsələ klubun diqqətindədir.

Mətbuat xidmətinin rəhbəri Asəf Zeynallı məsələ haqda bunları dedi:

“Məsələ diqqətimizdədir. Araşdırırıq. Lazım gəlsə, açıqlama verəcəyik”.

Elvin Camalov qış transfer dönəmində “Sabah”dan “Neftçi”yə keçib.

Şahin Cəfərov