“Neftçi” baş məşqçisi Miodraq Bojoviçlə yollarını ayırıb.
Futbolpress.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Mütəxəssisin müddəti başa çatan müqaviləsi uzadılmayıb.
Bojoviç yanvardan “Neftçi”yə rəhbərlik edirdi .”Ağ-qaralar” Premyer Liqada mövsümü 5-ci sırada bitirib.