“Neftçi” “Beşiktaş”ın futbolçusu Aydin Hasiç ilə maraqlanır.
Futbolpress.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb. “Ağ-qaralar” 22 yaşlı vingeri icarəyə götürmək üçün İstanbul klubuna müraciət edib.
Hasiç 2020-ci ilin yanvarından “Beşiktaş”da forma geyinir. O, ötən mövsümü icarə əsasında Bosniya və Herseqovinanın “Sarayevo” klubunda keçirib.
Hasiç 2023/24 mövsümündə 33 oyunda 9 qol vurub, 6 məhsuldar ötürmə edib.