Derbidə rekord

Azərbaycan Premyer Liqasında XV turun oyunlarını izləyən azarkeş sayı məlum olub.

Futbolpress.az xəbər verir ki, ən yüksək göstərici “Neftçi” – “Qarabağ” oyununda qeydə alınıb. “Neftçi Arena”da baş tutan görüşdə tribunalarda 7069 tamaşaçı yer alıb.

Ən aşağı göstərici isə Mərdəkanda olub. “Liv Bona Dea Arena”da keçirilən “Araz-Naxçıvan” – “Turan Tovuz” matçını 200 tamaşaçı tribunadan izləyib.

Premyer Liqada son turun oyunlarında qeydə alınan tamaşaçı sayı:

Araz-Naxçıvan – Turan Tovuz 1:0 (200 tamaşaçı)
Sabah – Səbail 1:0 (430 tamaşaçı)
Şamaxı – Kəpəz 0:1 (600 tamaşaçı)
Zirə – Sumqayıt 4:1 (500 tamaşaçı)
Neftçi – Qarabağ 0:3 (7069 tamaşaçı).

Qeyd: rəqəmlər Peşəkar Futbol Liqasının (PFL) rəsmi oyun protokollarından götürülüb.