“Neftçi” alman futbolçu ilə müqavilə imzaladı

“Neftçi” heyətini yeni futbolçu ilə gücləndirib.

Futbolpress.az xəbər verir ki, paytaxt təmsilçisi alman müdafiəçi Robert Baueri transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Futbolçu ilə 3 illik müqavilə imzalanıb.

Daha əvvəl ölkəsində “Verder”, “Nürnberq” kimi komandalarda çıxış edən Bauer son olaraq Səudiyyə Ərəbistanında “Əl Tae”də forma geyinib.