“Naxçıvan” növbəti qələbəsini qazandı

Azərbaycan Basketbol Liqasında (ABL) 2-ci turun açılış oyunu baş tutub.

Futbolpress.az xəbər verir ki, “Sərhədçi” İdman Mərkəzində keçirilən görüşdə “Naxçıvan” və NTD klubları üz-üzə gəliblər. Əlavə vaxta gedən oyunun yekununda, “Naxçıvan” rəqibi üzərində 72-71 hesablı qələbə qazanıb.

Qarşılaşmanın ən dəyərli basketbolçusu “Naxçıvan” klubundan Cermeyn Merrou (23 xal, 7 ribaund, 5 asist) seçilib.