“Napoli”yə keçə bilər

“Yuventus”un futbolçusu Danilonun “Napoli”yə keçmək şansı var.

Futbolpress.az xəbər verir ki, Tiaqo Mottanın Turin təmsilçisinin başına gətirilməsi ilə braziliyalı müdafiəçi heyətin əsas oyunçularından biri olmaqdan çıxıb.

33 yaşlı Danilonun “Yuventus”la müqaviləsi 2025-ci ilin yayına qədərdir. Onun gələcəyi “Yuventus”un qərarından asılıdır.

Şayiələrə görə müdafiəçi karyerasını Liqa 1-də də davam etdirə bilər.