“Napoli” futbolçusu Xviça Kvaratsxeliyanın müqaviləsini uzatmaq istəyir.
Futbolpress.az xəbər verir ki, bu barədə İtaliya mətbuatı məlumat yayıb. Neapol klubu gürcü yarımmüdafiəçiyə illik 6 milyon avro maaş qazanacağı sözləşmə təklif etməli planlaşdırır.
Kvaratsxeliyanın indiki müqaviləsi 2027-ci ilin yayına kimidir. Yarımmüdafiəçinin adı “Barselona” ilə hallanır.
Xviça bu mövsüm 18 oyunda 5 qol vurub, 3 məhsuldar ötürmə edib.