“Napoli”nin prezidenti Kvaratsxeliyanı bu şərtlə sata bilər

“Napoli”nin prezidenti Aurelio De Laurentis gürcüstanlı yarımmüdafiəçi Xviça Kvaratsxeliyanı satmağa hazırdır.

Futbolpress.az xəbər verir ki, bu barədə “Sports Zone” portalı məlumat yayıb. Funksioner 23 yaşlı futbolçu üçün 200 milyon avro tələb edir.

Kvaratsxeliyanın adı PSJ ilə hallanır.

Yarımmüdafiəçi 2022-ci ilin yayından “Napoli”nin formasını geyinir. O, son mövsümdə 45 oyunda 11 qol vurub, 9 məhsuldar ötürmə edib.