“Napoli”nin Lukaku israrı davam edir

“Napoli” “Çelsi”nin hücumçusu Romelu Lukakunu transfer etmək istəyir.

Futbolpress.az xəbər verir ki, Neapol klubu belçikalı forvard üçün 25 milyon avro ödəməyə hazırdır. Bu barədə İtaliya mətbuatı məlumat yayıb. “Çelsi” Lukaku üçün 35 milyon avro tələb edir. Tərəflər arasında danışıqlar gedir.

31 yaşlı hücumçu ötən mövsümü “Roma”da icarədə keçirib. O, 32 oyunda 13 qol vurub.