“Napoli”nin hücumçusu zədələndi

“Napoli”nin hücumçusu Viktor Osimhen zədələnib.

Futbolpress.az xəbər verir ki, nigeriyalı hücumçu bu səbəbdən 4 həftə yaşıl meydanlardan uzaq qalacaq.

Osimhen zədəli olduğu üçün Nigeriya millisinin DÇ-2026-nın seçmə mərhələsində CAR və Beninlə oyunlarını buraxacaq.

Forvard ötən mövsüm “Napoli”də 32 oyunda 17 qol vurub.