“Napoli”nin baş məşqçisi bilindi

“Napoli”nin yeni baş məşqçisi açıqlanıb.

Futbolpress.az xəbər verir ki, A Seriyası təmsilçisinin sükanı Antonio Konteyə tapşırılıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Mütəxəssislə 3 illik müqavilə imzalanıb.

Konte daha əvvəl İtaliyada “Yuventus” və “İnter”də işləyib.