“Napoli”dən ayrılan Pyotr Zelinskinin yeni ünvanı məlum olub.
Futbolpress.az xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçi “İnter”lə razılaşıb. Bu barədə insayder Fabrizio Romano məlumat yayıb. Polşalı futbolçu “neradzurra” ilə 3 illik müqavilə imzalayacaq.
Zelinski 2016-cı ildən “Napoli”də çıxış edirdi. O, komandada 364 oyunda 51 qol vurub, 46 məhsuldar ötürmə edib.