“Napoli”dən 35 milyonluq transfer

“Napoli” heyətini yeni futbolçu ilə gücləndirib.

Futbolpress.az xəbər verir ki, Neapol klubu “Torino”dan Alessandro Buoncornonu transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 25 yaşlı müdafiəçi ilə 5 illik müqavilə imzalanıb.

“Napoli” Buoncorno üçün “Torino”ya 35 milyon avro ödəyəcək.

Müdafiəçi İtaliya yığmasının da üzvüdür.