“Napoli”dən 28 milyonluq transfer

“Benfika”nın futbolçusu David Neres karyerasını İtaliyada davam etdirəcək.

Futbolpress.az xəbər verir ki, cinah oyunçusu “Napoli” ilə razılaşıb. Bu barədə Nikolo Skira məlumat yayıb. Neapol klubu bu gün 28 yaşlı futbolçunun keçidini açıqlayacaq.

İtaliya təmsilçisi Neres üçün “Benfika”ya 28 milyon avro ödəyəcək. Neres ötən mövsümdə 24 oyunda 5 qol vurub, 7 məhsuldar ötürmə edib.