“Napoli” futbolçusu Xviça Kvaratsxeliyanın müqaviləsini uzadacaq.
Futbolpress.az xəbər verir ki, bu barədə “Corriere dello Sport” nəşri məlumat yayıb. Klub gürcüstanlı yarımmüdafiəçi ilə yeni sözləşmə məsələsində razılığa gəlib.
“Napoli” Xviçanın məvacibini 1,5 milyon avrodan 6 milyon avroya yüksəldəcək.
23 yaşlı futbolçunun adı daha əvvəl “Barselona” və “Mançester Yunayted”lə hallanırdı.
Xviça bu mövsüm 19 oyunda 5 qol vurub, 3 məhsuldar ötürmə edib.