“Napoli” “Real”ın futbolçusu ilə razılaşdı

“Real”ın futbolçusu Rafa Marin karyerasını “Napoli”də davam etdirəcək.

Futbolpress.az xəbər verir ki, bu barədə insayder Fabrizio Romano məlumat yayıb. 22 yaşlı müdafiəçi yaxın zamanda Neapol klubu ilə rəsmi müqavilə imzalayacaq.

“Napoli” ispan oyunçu üçün “Real”a 10 milyon avro ödəyəcək.

Mərkəz müdafiəçisi ötən mövsümü icarə əsasında “Alaves”də keçirib.