“Napoli” onunla razılaşdı

“Napoli” futbolçusu Xviça Kvaratsxeliyanın müqaviləsini uzadacaq.

Futbolpress.az xəbər verir ki, A Seriyası klubu gürcüstanlı yarımmüdafiəçi ilə razılığa gəlib. Bu barədə İtaliya mətbuatı məlumat yayıb. 23 yaşlı futbolçunun sözləşməsi 2029-cu ilin yayına kimi artırılacaq.

Xviça bu mövsüm 4 oyunda 1 qol, 1 məhsuldar ötürmə ilə yadda qalıb.