“Napoli” Kvaratsxeliya haqda bəyanat yaydı

“Napoli” klubu bəyanat yayıb.

Futbolpress.az xəbər verir ki, Neapol təmsilçisi yarımmüdafiəçi Xviça Kvaratsxeliyanı satmaq istəmədiklərini bəyan edib:

“Kvaratsxeliya bizim oyunçudur. 2027-ci ilin yayına kimi müqaviləsi var. O, satışda deyil. Agentlər oyunçuların hara gedəcəyinə qərar vermir. Ancaq biz onun müqaviləsinin nə qədər davam edəcəyinə qərar verə bilərik”.

Kvaratsxeliyanın agenti dünən açıqlamasında müştərisinin klubdan ayrılmaq istədiyini deyib.