“Napoli” Kavaratsxeliya üçün Avro-2024-ün bitməsini gözləyir

“Napoli” futbolçusu Xviça Kvaratsxeliyaya yeni müqavilə təklif edəcək.

Futbolpress.az xəbər verir ki, İtaliya klubu Avro-2024-dən sonra oyunçu ilə yenidən danışıqlara başlayacaq. Bu barədə İtaliya mətbuatı məlumat yayıb.

Gürcüstanlı futbolçunun adı daha əvvəl PSJ ilə hallanırdı.

Kvaratsxeliya hazırda Avro-2024-də mübarizə aparan Gürcüstan yığmasının düşərgəsindədir. Komanda turnirin 1/8 finalında İspaniya ilə qarşılaşacaq.

Xviça çempionatda üç oyunda bir qol vurub.