“Napoli” altı futbolçusu ilə yollarını ayırıb.
Futbolpress.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Neapol təmsilçisi icarədə olan Pyerluici Qollina, yarımmüdafiəçi Leander Dendonker və Hamed Traorenin transfer hüquqlarını almayıb. Dieqo Demme, Petr Zelinski və Xuberta İdaskayanın müddəti başa çatan müqaviləsi isə uzadılmayıb.
“Napoli” A Seriyasında 2023/24 mövsümünü 10-cu sırada bitirib.