Naməğlub çempion üçün yeni müqavilə

Səudiyyə Ərəbistanı təmsilçisi “Əl Hilal”da baş məşqçi Jorje Jesusla bağlı qərar verilib.

Futbolpress.az xəbər verir ki, portuqaliyalı mütəxəssisin müqaviləsi 2025-ci ilin yayına kimi artırılıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Mütəxəssis ötən ildən komandaya rəhbərlik edir. “Əl Hilal” onun başçılığı altında Səudiyyə Ərəbistanı çempionatında 2023/24 mövsümünün naməğlub çempionu olub.

Jesuslu komanda ümumiyyətlə, bu mövsüm 52 oyunda 47 qələbə qazanıb, 1 dəfə uduzub.