Nagelsmannla müqavilə uzadıldı

Almaniya millisində baş məşqçi Yulian Nagelsmannın sözləşməsi artırılıb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis 2026-cı ildə keçiriləcək dünya çempionatının sonuna qədər yığmaya rəhbərlik edəcək. Bu barədə insayder Fabrizio Romano məlumat yayıb.

Almaniya millisi Nagelsmannın rəhbərliyi altında Avro-2024-də ilk iki oyunu (Şotlandiya – 5:1, Macarıstan – 2:0) qazanıb.