Almaniya millisinin baş məşqçisi Yulian Nagelsmann Avro-2024-ün açılış oyunu haqda fikirlərini bölüşüb.
Futbolpress.az UEFA-nın saytına istinadən xəbər verir ki, mütəxəssis bu gün Şotlandiya ilə görüş haqda bunları deyib:
“Qarşıda bizi vacib oyun gözləyir. Heyətdə bir neçə itkimiz oldu. Təcrübəsinə görə Emre Cana dəvət göndərdir. O, fiziki baxımdan çox güclüdür və motivasiyası yüksəkdir. Digər oyunçularda da vəziyyət eynidir.
Toni Kroosun qayıdışı? Çempionlar Liqasını altı dəfə qazanan inanılmaz oyunçudur. O, bizimçün vacib fiqurdur. Noyabrdan onun dönüşü haqda danışmışdıq. Millidə gələcəkdə nələri dəyişəcəyimizi bilmirdik. Danışdıq, müəyyən şeyləri yoluna qoyduq”.
Almaniya ilə Şotlandiya arasında baş tutacaq görüşə saat 23:00-da start veriləcək.