Naço seçim qarşısında: pul, yoxsa “Real”?

“Əl İttihad” “Real”ın futbolçusu Naço ilə maraqlanır.

Futbolpress.az xəbər verir ki, Səudiyyə Ərəbistanı təmsilçisi klubla müqaviləsi başa çatan 34 yaşlı müdafiəçiyə illik 20 milyon avro qazanacağı müqavilə təklif etməyə hazırlaşır. Bu barədə insayder Fabrizio Romano məlumat yayıb.

İspaniya mətbuatı oyunçunun hələ qərar vermədiyini bildirib. “Real” Naço ilə müqaviləni bir il müddətinə artırmaq niyyətindədir.

İspan müdafiəçi ötən mövsüm 45 oyuna çıxıb.