İngiltərə millisinin futbolçusu Cud Bellingem Avro-2024-də Serbiyanı məğlub etdikləri görüşü şərh edib.
Futbolpress.az xəbər verir ki, görüşdə yeganə qolun müəllifi olan yarımmüdafiəçi bunları deyib:
“İlk hissədə hər komandaya qol vura biləcəyimizi göstərdik. İkinci hissədə isə necə müdafiə olunduğumuzu göstərdik. Bir az çətinlik oldu, ancaq qol buraxmadıq. Belə vəziyyətlərdə bir qol vurmaq daha yaxşı olur. Ümumiyyətlə, nəticədən razı, performansımızdan məmnunam”.