Nəbiyevdən nokautlu qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun kikboksçusu Alim Nəbiyev növbəti qələbəsini qazanıb.

Futbolpress.az xəbər verir ki, o, “Fight for Honor XII” çərçivəsində fərqlənib.

30 yaşlı kikboksçu Belçikanın paytaxtı Brüsseldə təşkil olunan turnirin əsas döyüşündə qüvvəsini sınayıb. 77 kq çəkidə çıxış edən Alim Yunanıstan idmançısı Kostas Makedoniadislə üz-üzə gəlib.

Nəbiyev qarşılaşmanın taleyini birinci raundda həll edib. O, yunan rəqibinə nokautla qalib gəlib.