“Liverpul” futbolçusu Vircil van Daykın müqaviləsini uzadacaq.
Futbolpress.az xəbər verir ki, bu barədə “TBR Football” portalı məlumat yayıb. Tərəflər arasında razılıq əldə edilib və bu ay yeni sözləşmə açıqlanacaq.
“Liverpul” xəbəri dekabrın 27-də yaymağı planlaşdırır. Belə ki, Vircil məhz 2017-ci il, dekabrın 27-də “qırmızılar”a transfer edilmişdi.
Futbolçunun indiki müqaviləsi 2025-ci ilin yayına kimidir.