“Nəticə əldə edə biləcəyimizə inanmalıyıq”

Portuqaliyanın “Benfika” komandasının çalışdırıcısı Bruno Leyc Çempionlar Liqasının 1/8 finalının ilk oyununda “Barselona” ilə oyun öncəsi açıqlama verib.

Futbolpress.az xəbər verir ki, mütəxəssis yaxşı nəticə əldə edəcəklərinə inandıqlarını bildirib:

“Bu oyuna hazırlığımız Portuqaliya çempionatındakı hər oyuna hazırlığımız kimi idi. Ancaq strategiya bir az fərqli ola bilər. “Barselona” çox qol vuran möhtəşəm komandadır. Amma “Benfika” diqqətini cəmləməlidir. Biz nəticə əldə edə biləcəyimizə inanmalıyıq”.

“Benfika” – “Barselona” matçı martın 5-də saat 00:00-da keçiriləcək.