MY Qyökereş üçün yay fasiləsini gözləyir

“Mançester Yunayted” yayda Viktor Qyökereşi almaq üçün səylərini gücləndirməyə hazırlaşır və potensial yanvar transferi ilə müqayisədə 20 milyon funt-sterlinq qənaət edə bilər.

Futbolpress.az xəbər verir ki, Portuqaliyada Ruben Amorimin rəhbərliyi altında parlayan Qyökereş, “qırmızı şeytanlar”ın əsas transfer hədəfidir. Hesabatlar göstərir ki, isveçli hücumçunun Mançester klubuna qış fasiləsindəki keçidi təxminən 83 milyon funt-sterlinqə başa gələ bilərdi. “Mançester Yunayted” isə yayda hücumçunu 60 milyon funt sterlinqə transfer edə biləcəklərinə ümid edir.

“Koventri Siti”dən “Sportinq”ə qatılandan bəri Qyökereş 83 oyunda 77 qol vuraraq Avropanın ən məhsuldar hücumçularından birinə çevrilib. O, bu mövsüm artıq 34 qol vurub.