“Mançester Yunayted” “Çelsi”nin hücumçusu Kristofer Nkunku ilə maraqlanır.
Futbolpress.az xəbər verir ki, “qırmızı şeytanlar” futbolçu üçün müvafiq sorğu göndərib. Qeyd olunur ki, Nkunku “mavilər”in forması ilə oyun müddətinin az olmasından narazıdır. Fransız forvard hələ ki, “zadəganlar”ın rəhbərliyinə komandadan ayrılmaq istəyi barədə məlumat verməyib. Lakin bəzi klublar hücumçuyla klub arasında gedən prosesləri yaxından izləyir.