MY-nin Osimhen üçün şərtləri bilindi

“Mançester Yunayted” yay transfer pəncərəsi üçün heyətini gücləndirmək variantlarını araşdırır.

Futbolpress.az xəbər verir ki, son zamanlar mətbuatda tez-tez “qırmızı şeytanlar”ın “Napoli”nin hücumçusu Viktor Osimhenlə maraqlandığı bildirilir.

“Mançester Yunayted” hücumçunu əlavə pulla dəyişmək üçün “Napoli”yə təklif göndərib. İngiltərə Premyer Liqa təmsilçisi Osimhenin qarşılığında Rasmus Hoylund və 40 milyon avrodan keçməyə hazırdır.

26 yaşlı Osimhen bu mövsümü icarə əsasında “Qalatasaray”da keçirir. 22 yaşlı Hoylund ikinci mövsümünü “Mançester Yunayted”də keçirir, lakin gözləntiləri doğrulda bilmir.