MY-ni seçən baş məşqçiyə ismarıc

“Sportinq”in futbolçusu Morten Yulman açıqlama verib.

Futbolpress.az xəbər verir ki, yarımmüdafiəçi komandanın çalışdırıcısı Ruben Amorimin “Mançester Yunayted”ə baş məşqçi təyin edilməsinə münasibət bildirib:

“Bu mövsüm əsas hədəfimiz Amorimsiz çempion olmaqdır. Ona ehtiyacımızın olmadığını göstərmək istəyirik”.

“Sportinq”i ötən mövsüm Portuqaliyada çempion edən Ruben Amorim “Mançester Yunayted”ə baş məşqçi təyin edilib. O, noyabrın 11-dən işinə başlayacaq.