“Mançester Yunayted”in danimarkalı yarımmüdafiəçisi Kristian Eriksen mövsümün sonunda komandanı tərk edəcək.
Futbolpress.az xəbər verir ki, bu barədə insayder Fabrizio Romano məlumat verib.
Mənbə Eriksenin gələcəyi ilə bağlı heç bir dəyişiklik olmadığını bildirib. 33 yaşlı futbolçunun əvvəlcədən planlaşdırıldığı kimi 2025-ci ilin yayında azad agentə çevriləcəyi bildirilir.
Eriksen 2022-ci ildən “Mançester Yunayted”də çıxış edir. Bu mövsüm bütün turnirlər daxil 27 matçda iştirak edən futbolçu 4 qol vurub, 4 məhsuldar ötürmə edib.