MY Avro-2024-dən sonra onu transfer edəcək

“Bolonya”nın futbolçusu Coşua Zirkzee karyerasını İngiltərədə davam etdirə bilər.

Futbolpress.az xəbər verir ki, “Mançester Yunayted” niderlandlı hücumçunu transfer etməyə yaxındır. Bu barədə “Voetbal İnternational” məlumat yayıb.

“Qırmızı şeytanlar” niderlandlı oyunçunu Avro-2024-dən sonra transfer edəcək. Klub forvard üçün “Bolonya”ya 40 milyon avro ödəyəcək.

Zirkzee ötən mövsüm 37 oyunda 12 qol vurub, 7 məhsuldar ötürmə edib.