“Mançester Yunayted” itki ilə üzləşib.
Futbolpress.az xəbər verir ki, “qırmızı şeytanlar”ın müdafiəçisi Harri Maquayr sıradan çıxıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
İngilis müdafiəçi zədə səbəbindən 2-3 həftə yaşıl meydanlardan uzaq qalacaq.
Maquayr bu mövsüm 31 oyunda 4 qol vurub, 2 məhsuldar ötürmə edib.