“Mançester Yunayted” “Betis”ə icarəyə verilən Antoninin satışından böyük gəlir əldə etməyə ümid edir.
Futbolpress.az xəbər verir ki, braziliyalı karyerasını İspaniyada uğurla bərpa edərək “Betis”in əsas oyunçularından birinə çevrilib. Jurnalist Piter Xollun xəbərinə görə, “qırmızı şeytanlar” rəhbərliyi qarşıdakı transfer dövründə Antoninin satışından ən azı 40 milyon funt-sterlinq (təxminən 48 milyon avro) qazana biləcəklərinə əmindir.
Futbolçunun transferi ilə maraqlananlar arasında “Atletiko” və İtaliya A Seriyasının təmsilçiləri də var.
“Transfermarkt” portalı vingerin dəyərini 20 milyon avro qiymətləndirir.