MY Amorimin işindən narazıdır

Ruben Amorim artıq 3 aydır ki, “Mançester Yunayted”də işləyir və hələ ki, heç bir irəliləyiş yoxdur.

Futbolpress.az xəbər verir ki, komanda hazırda İngiltərə Premyer Liqasının turnir cədvəlində 15-ci yerdədir. Şayiələrə görə, “qırmızı şeytanlar” rəhbərliyinin Amorimlə bağlı şübhələri var və artıq digər məşqçiləri də nəzərdən keçirir.

“Mançester Yunayted” artıq potensial namizədlərin siyahısını tərtib edir. Onun tərkibinə Zinəddin Zidan və Maurisio Poçettino kimi mütəxəssislər daxildir. Poçettino hazırda ABŞ milli komandasının baş məşqçisidir, Zidan isə 2026-cı il Dünya Çempionatından sonra Fransa millisinin baş məşqçisi vəzifəsinə keçə bilər.