Rumıniyanın “Petrolul” klubunda baş məşqçi Adrian Mutu ilə yollar ayrılıb.
Futbolpress.az xəbər verir ki, mütəxəssis komandanın uğursuz çıxışına görə istefaya göndərilib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
“Petrolul” çempionatda 20 xalla 10-cu sıradadır.
Mutu 2023-cü ilin yayından dekabrına qədər “Neftçi”yə rəhbərlik edib.