Almaniya millisi UEFA Millətlər Liqasının I turunda Macarıstanı darmadağın edib – 5:0.
Futbolpress.az xəbər verir ki, yığmanın futbolçusu Camal Musiala görüşdə 1 qol vurub, 3 məhsuldar ötürmə edib.
Camal Millətlər Liqasında bir görüşdə üç assist edən ən gənc oyunçu olub. O, bunu 21 yaş 194 günlüyündə edib.