“Bavariya” futbolçusu Camal Musiala ilə müqaviləni uzadacaq.
Futbolpress.az xəbər verir ki, tərəflər arasında razılıq əldə edilib. Münhen klubu futbolçu ilə 4 illik sözləşmə imzalayacaq.
Musiala yeni müqavilə ilə illik bonuslarla birlikdə 30 milyon avro qazanacaq. Bu isə 4 ilə 120 milyon avro edir. Musiala beləlikdə Avropada ən çox maaş alan alman futbolçu adına yiyələnəcək.
21 yaşlı futbolçu “Bavariya”da 177 oyunda 52 qol vurub, 35 məhsuldar ötürmə edib.