Argentinanın “River Pleyt” klubunun futbolçusu Pablo Solari karyerasını Rusiyada davam etdirə bilər.
Futbolpress.az xəbər verir ki, “Krasnodar” 23 yaşlı hücumçunun xidmətində maraqlıdır. Bu barədə “Sol Del Millo” nəşri məlumat yayıb. Xəbərdə Rusiya klubunun Solari üçün 20 milyon dollar təklif etdiyi bildirilib.
Pablo bu mövsüm 29 oyunda 5 qol vurub, 5 məhsuldar ötürmə edib.
“Krasnodar” Rusiya çempionatında 8 turdan sonra 18 xalla ikinci sıradadır. Komandaya bir dönəm Azərbaycanda “Sabah”ı çalışdıran Murad Musayev rəhbərlik edir.