Avstriyada təlim-məşq toplanışında olan “Qarabağ” bu gün növbəti yoxlama oyununu keçirib.
Futbolpress.az xəbər verir ki, Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv əvvəlcə Xorvatiya yüksək liqa təmsilçisi “Slaven Belupo” ilə qarşılaşıb. Matç “Qarabağ”ın 1:0 hesablı qələbəsi ilə başa çatıb. Yeganə qolu Musa Qurbanlı vurub.
“Qarabağ” bu gün daha bir yoxlama matçına çıxacaq. “Atlılar” Birləşmiş Ərəb Əmirlikləri təmsilçisi “Əl-Şabab”a qarşı matçla yekunlaşdıracaq. Oyuna saat 19:00-da start veriləcək.
“Qarabağ” toplanış çərçivəsində Almaniyanın “Kayzerslautern”una (1:3) uduzub və Çexiya “Viktoriya”sına (2:1) qalib gəlib.