Azərbaycan millisinin futbolçusu Musa Qurbanlı İsveçin “Yurqorden” klubunun U-21 komandasında qol vurub.
Futbolpress.az xəbər verir ki, 22 yaşlı hücumçu Elit Liqa Kubokunda “Degerfors”la görüşdə fərqlənib. O, 4:2 hesabıyla başa çatan görüşdə ilk qolun müəllifi olub.
Musa bu mövsüm “Yurqorden”in əsas komandasında 2 oyunda meydana çıxıb və fərqlənməyib.