Azərbaycan millisinin futbolçusu Musa Qurbanlı UEFA Millətlər Liqasında Estoniyaya qarşı keçirdikləri oyunu şərh edib.
Futbolpress.az xəbər verir ki, “CBC Sport”a danışan hücumçu 0:0 hesabıyla başa çatan görüşlə bağlı bunları deyib:
“Çox istəyirdik ki, İsveçlə oyuna qələbə ilə yollanaq. Hər bir halda, işimiz odur ki, səfərdə qələbə üçün hər şeyi edək. İki gün vaxtımız var, maksimum hazırlaşmalıyıq. Əlimizdən gələni edəcəyik ki, yaxşı nəticə qazanaq.
Estoniya ilə matçda əlimizdən gələni etdik, kifayət qədər qol epizodu yaratdıq. Lakin qələbə üçün kifayət etmədi”.