Murat Yakın: “Əla komanda ruhuna sahibik”

İsveçrə millisinin baş məşqçisi Murat Yakın Avro-2024-ün qrup mərhələsinin III turunun Almaniya ilə oyunu şərh edib.

Futbolpress.az xəbər verir ki, mütəxəssis 1:1 hesabıyla bitən görüşlə bağlı bunları deyib:

“Oyunçularımı təbrik edirəm. Taktiki oyun idi və mübarizə apardıq, çox qaçdıq. Belə rəqibə qarşı oynamaq asan deyil, amma yaxşısını etdiyimizi düşünürəm. Hücumçularımız həm irəlidə, həm də geridə yaxşı oynadılar.

Növbəti oyuna hazırlaşmaq üçün bir həftə vaxtımız var. Lider ola bilmədik, amma əsas 1/8 finala çıxa bilmək idi. Əla komanda ruhuna sahibik. Sistemimiz, taktikamız işləyir, sonradan oyuna daxil olanlar da pis çıxış etmirlər”.

İsveçrə A qrupunu ikinci sırada bitirib və növbəti tura yüksəlib.