Müqaviləsini yeniləyə bilər

“Barselona” qapıçısı İnaki Penayla müqaviləni uzatmaq niyyətindədir.

Futbolpress.az xəbər verir ki, futbolçunun klubla hazırkı müqaviləsi 2026-cı ilin yayına kimi nəzərdə tutulub. Kataloniyalılar isə yeni mövsüm başlayana qədər bu məsələni həll etmək istəyirlər.

25 yaşlı qolkiper bu mövsüm bütün turnirlər daxil olmaqla “katalanlar”ın heyətində 21 matça çıxıb.