“Bolonya” qapıçısı Lukaş Skorupski ilə müqaviləni uzadıb.
Futbolpress.az xəbər verir ki, polşalı qolkiperlə 2026-cı ilin yayına qədər yeni sözləşmə imzalanıb.
Futbolçu bu mövsüm İtaliya təmsilçisi ilə bütün turnirlərdə 32 oyun keçirib, 34 qol buraxıb və 11 matçda qapısını təmiz saxlayıb.