“Müqavilə təklif etmədilər, gedəcəyimi başa düşdüm”

Danimarkalı futbolçu Kristian Eriksen mövsümün sonunda “Mançester Yunayted”dən ayrılacaq.

Futbolpress.az xəbər verir ki, bu barədə oyunçu ölkəsinin mətbuatına açıqlamasında deyib:

“Gələcək mövsüm haqda çox düşünmürəm. Yeni çağırışa hazıram. Hələ qərarımı verməmişəm. Müqaviləm başa çatır və hələ təklif yoxdur. Gedəcəyimi başa düşmüşəm”.

Eriksen “Mançester Yunayted”də 99 oyunda 7 qol vurub, 17 məhsuldar ötürmə edib.